MENU
Schafer

Güvənlik və Gizlilik

Schafer.az, müştərilərinə daha yaxşı xidmət göstərmək üçün bəzi şəxsi məlumatlarınızı (adınız, yaş, hobbiləriniz, e-mail v s.) sizlərdən tələb edir. Schafer qeydiyyatında olan izləyicilərimizdən toplanan bu məlumatlar, sezon kampaniyalarında, müştəri profillərinə yönəlmiş özəl promosyon fəaliyyətlərinin həyata keçirilməsində sırf Schafer şirkəti tərəfindən istifadə olunacaq. Schafer, qeydiyyat zamanı aldığı məlumatları qeydiyyatçının xəbəri və ya bir təlimatı olmadan üçüncü şəxslərlə paylaşmır, fəaliyyət xarici heç bir səbəblə ticarət məqsədi ilə istifadə etmir və satmır.

 

Schafer, e-mail ünvanları və qeydiyyat zamanı istədiyi şəxsi məlumatların xaricində, saytın idarəsi zamanı sayt ziyarətçilərinin hərəkət və seçimlərini analiz etməkdədir. Şəxsi məlumatları əhatə etməyən bu statistika, daha özəl ve təsirli bir alış-veriş etmək məqsədi ilə Schafer iş ortaqları ilə paylaşılır.

 

Müştərinin sistemə qoyduğu bütün məlumatları sadəcə müştəri özü giriş edərək dəyişə bilər. Bir başqasının bu məlumatları görməsi və onları dəyişdirməsi mümkün deyil. Schafer’dan göndərilən maillərin alt hissəsində olan "Mail siyahımızdan çıxmaq istəyirsinizsə, bu linki istifadə edin" linkinə basaraq, ya da sayt üzərindən "Hesabım" bölümündə "Qeydiyyat Məlumatlarını Yenilə" hissəsində "Reklam və xəbərdarlıq e-maillərini almaq istərdim" bölməsini boş buraxaraq mail göndərmə siyahısından asanlıqla çıxa bilərsiniz.

 

Ödəmə səhifəsində tələb olunan kredit kartı məlumatlarınız, saytdan alış-veriş edən müştərilərimizin güvənliyini ən yüksək səviyyədə təmin edərək heç bir Schafer Online Shop və ya ona xidmət göstərən şirkətlərin serverlərində saxlanılmır.

 

Schafer’la istədiyiniz zaman office@schafer.az elektron ünvanı ilə əlaqəyə keçə bilərsiniz.

 

Schafer Azerbaycan rəsmi distribyutorluq
Ünvan: 28 May küç.11
Əlaqə nömrələri: 012 4988637 ; 051 7772828
E-mail: office@schafer.az

 

Saytın istifadə şərtləri

Bu bölmə Schafer'ın gizlilik politikasını cəmləşdirir. schafer.az saytına giriş edərək aşağıdakı şərtləri və qaydaları qəbul etmiş sayılırsız.

schafer.az saytındakı hər xidmət, məhsul, saytın istifadə şərtləri ilə saytda təqdim olunan məlumatları ( saytdakı məhsulların adı, məhsullar haqqında məlumat, şəkillər, məbləğ v s.) dəyişdirmə haqqını gizli tutar. Müvafiq dəyişikliklər saytda dərc edildiyi zaman qüvvəyə minir. Saytın istifadəsi ya da sayta giriş ilə bu dəyişikliklər də qəbul edilmiş sayılır.

Saytda istifadəçi tərəfindən daxil edilmiş və daha sonradan yenilənən ünvan, e-mail, sabit telefon, mobil telefon və digər əlaqə vasitələri üzərindən - məktub, e-mail, sms, telefonla əlaqə və digər əlaqə vasitələri ilə istifadəçi ilə əlaqəyə keçmək mümkündür.

Schafer tərəfindən saytda qeydiyyat zamanı istifadəçiyə verilən şifrə, istifadəçi və ya istifadəçidən qaynaqlanan hər hansı bir səbəbdən 3-cü insanla paylaşıldıqdan sonra yaranan istifaçinin şəxsi məlumatlarına aid dəyişiklikdən və s. Schafer məsuliyyət daşımır.

Schafer, schafer.az saytındakı ümumi görünüş və dizayn, məhsulların şəkilləri, logo, mətnlər, texniki tərəflər, tətbiq edilən satış sistemi, iş metodu və iş modeli də daxil olmaqla bütün materialların və bunlara bağlı mülkiyyət haqlarının lisenziya sahibidir, bütün məlumatlar hüquqi qorunma altındadır. Saytımızda olan heç bir material qabaqcadan icazə alınmadan və qaynaq göstərilmədən, kod və proqramlaşdırma da daxil olmaqla dəyişdirilə, kopyalana, başqa dilə çevrilə bilməz; yenidən yayımlana, başqa bir komputere yüklənə, e-mailla göndərilə və ya təqdim edilə bilməz. Internet saytımız bütünlüklə və ya bir qismi başqa bir internet saytında icazəsiz olaraq istifadə edilə bilməz. Əks hərəkətlər hüquqi məsuliyyətə cəlb ediləcək. Schafer'ın burada açıq şəkildə verilməyən digər büün haqları gizlidir.

Schafer, istədiyi zaman hüquqi şəkildə verdiyi məlumatlarını yeniləmək haqqını gizli saxlayır. İstifadəçilərə sayta hər giriş zamanı gizlilik və güvənlik haqqında bölməmizi ziyarət etmələrini tövsiyə edirik.

Səbətin

Səbətinizdə məhsul yoxdur.

Hesabınıza Daxil olun

Qeydiyyat